Çində stand-up şouları verən komediya ustası Çin ordusunun istifadə etdiyi şüarla zarafat etdiyinə görə 2 milyon dollar cərimələnəcək.
Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, House səhnə adı ilə də tanınan Li Haoşi bu həftəsonu Pekində Century Stage-dəki çıxışı ilə səlahiyyətlilərin diqqətini çəkib.
Şou zamanı Şanxaya köçdükdən sonra iki iti övladlığa götürdüyünü açıqlayan Li, digər itlərin onun üçün sevimli olsa da, övladlığa götürdüyü itlərin ona “Qazanmaq üçün döyüş, nümunəvi davranış göstər” deyimini xatırlatdığını bildirib. Məsələ ondadır ki, bu sözlər ilk dəfə 2013-cü ildə Çin prezidenti Si Cinpin tərəfindən Çin ordusuna qarşı işlədilib və ordunun şüarına çevrilib.
Rəsmilər şounun Çin ordusuna qarşı ciddi təhqirlər olduğunu və şounun pis sosial təsir göstərdiyini iddia ediblər. Bildirilib ki, komediya aktyorunun bağlı olduğu “Shanghai Xiaoguo Culture Media” adlı şirkətə 2 milyon dollar cəza verilib.
Şirkət məsələ ilə bağlı üzr istəyərkən, komediya ustası Li-nin bütün çıxışları da ləğv edilib.
"Mən tam məsuliyyəti öz üzərimə götürürəm və özümü göstərmək və yenidən məşq etmək üçün çıxışlarımı ləğv edirəm", - deyib Li.
2021-ci ildə Çin hökuməti hərbi qulluqçulara qarşı şər və böhtanla mübarizə üçün yeni qanun qəbul edib. Ötən il nümayiş olunan filmdən sonra Çinin Koreya müharibəsindəki rolunu şübhə altına alan jurnalist 7 ay müddətinə həbs cəzasına məhkum edilib.
Çinin sosial media platforması Weibo-da komediya ustası Linin zarafatını it emojisi ilə müdafiə edən qadının da polis tərəfindən saxlanıldığı bildirilib.